25 
Noy
2021
20:52
46
200
1630
Virtual karabakh

Azərbaycanda əri tərəfindən döyülən qadınların sayı açıqlanıb

25 Noy, 2021
20:52
1630

Azərbaycanda əri tərəfindən döyülən qadınların sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzi" Xidmətinə cari ildə 432 713 məlumat daxil olub, onlarda 7 647-si ailə münaqişəsi, məişət zorakılığı ilə bağlıdır".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qadına şiddətə son" adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.

O bildirib ki, eləcə də DİN-in sosial şəbəkələrinə 100-dən çox şikayət, həmçinin KİV-lərdən, ailə-qadın cəmiyyətlərindən də 90-dan artıq müraciət daxil olub: "602 sayda ailəli qadın ərləri tərəfindən döyülüb. DİN-ə 4 052 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb".

Şöbə rəisi qeyd edib ki, qadınlarla bağlı müraciətlər hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmaqla müvafiq tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri