26 
Noy
2021
18:14
183
49
3677
Virtual karabakh

Ukrayna beynəlxalq axtarışda olan şəxsi Azərbaycana təhvil verdi

26 Noy, 2021
18:14
3677

Ukrayna beynəlxalq axtarışda olan şəxsi Azərbaycana təhvil verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan vətəndaşı Ukraynadan ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan vətəndaşı Mövsümov Mövsüm Vaqif oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.

M.Mövsümov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan olunub.

2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib.

Qeyd edək ki, bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə M.Mövsümov Ukraynadan Azərbaycana gətirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri