27 
Noy
2021
12:18
188
26
1107
Virtual karabakh

Uşaqlarını tək böyüdən qadının işlə təminatı üçün sosial müəssisə yaradılacaq

27 Noy, 2021
12:18
1107

Uşaqlarını tək böyüdən qadının işlə təminatı üçün sosial müəssisə yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı, İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yeni layihəyə start verilib.

Nazirlikdən verilən məlumata görə, tərəflər arasında imzalanan Memoranduma əsasən ilkin mərhələdə layihə uşaqlarını tək böyüdən və çoxuşaqlı 10 qadının işlə təminatı üçün Şamaxı rayonunda sosial müəssisə yaradılmasını nəzərdə tutur.

Artıq layihə iştirakçılarının seçimi aparılıb və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən onlara biznes təlimləri keçirilib. Növbəti mərhələdə qiymətləndirmə aparılacaq. Yekunda iştirakçılara Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində dərzilik fəaliyyəti üzrə aktivlər təqdim ediləcək.

“Azəriqaz” İstehsalat Birliyi bazasında olan məkanlardan birini təmir edilmiş şəkildə həmin şəxslərin sosial müəssisə formasında fəaliyyəti üçün ayıracaq. Rayon İcra Hakimiyyəti isə müəssisədə istehsal olunacaq məhsulların satışına dəstək göstərəcək.

Qeyd edək ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, sosial müəssisə – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxsdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri