27 
Noy
2021
15:23
18
393
5383
Virtual karabakh

Kürdəmirdə mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb - YENİLƏNİB + FOTO

27 Noy, 2021
15:23
5383

Kürdəmirdə mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 10-a çatıb.

“Report” xəbər verir ki, hadisə nəticəsində Tərtər rayon sakini, 56 yaşlı İsmayılov Ələkbər Hüseyn oğlu, Bərdə rayon sakinləri - 45 yaşlı Quliyev Fəqan Əli oğlu, 50 yaşlı Məmmədova Mehparə Hüseyn qızı, 6 yaşlı Quliyeva Validə Fəqan qızı, Göyçay rayon sakinləri - 69 yaşlı Qəhrəmanov Fikrət Şəmi oğlu, 35 yaşlı Mizəffərova Tünzalə Ramiz qızı, Ağdaş rayon sakinləri - 33 yaşlı Mizəffərov Samir İldırım oğlu, 6 yaşlı Mizəffərli Xəyyam Samir oğlu, Bakı şəhər sakinləri 32 yaşlı Hacıyeva Sənubər İsa qızı, 2021-ci təvəllüdlü Hacızadə Fəridə Camal qızı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

14:30

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

İlkin ehtimala görə, hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri