28 
Noy
2021
02:58
16
164
1731
Virtual karabakh

Xaçmazda əcnəbi vətəndaşın avtomobili qəzaya düşüb, xəsarət alanlar var

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Rusiya magistral yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR-la “VAZ-2106” markalı minik avtomobilinin toqquşması nəticəsində TIR-ın sürücüsü, İran İslam Respublikasının vətəndaşı, 1982-ci il təvəllüdlü Roxrsanavoz Mehri Hüseyn Bəhram oğlu və “VAZ-2106”nın sürücüsü Salayev Çingiz Ağayar oğlu xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri