29 
Noy
2021
16:20
40
167
3581
Virtual karabakh

Paytaxtda mağazada saxta spirtli içkilər aşkarlandı - FOTO

29 Noy, 2021
16:20
3581

Paytaxtda mağazada saxta spirtli içkilər aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ev 34, mənzil 54 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Zahir Cəfər oğluna məxsus topdan və pərakəndə satış müəssisəsində plandankənar yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, mağazada satışı həyata keçirilən saxta spirtli içkilər müəyyən olunub.

Aşkar olunmuş fakta bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. 70 ədəd 0,7 litrlik, 84 ədəd 0,5  litrlik və 73 ədəd 1 litrlik “Organic Line” adlı saxta spirtli içki məhsulları götürülərək saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri