29 
Noy
2021
13:57
359
28
2748
Virtual karabakh

Əziz Sancar Şuşaya gedəcək - YENİLƏNİB + FOTO

29 Noy, 2021
13:57
2748

Əziz Sancar Şuşaya gedəcək - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar Azərbaycana gəlib.

Bu barədə Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov özünü sosial şəbəkə hesabında məlumat verib.
 
O bildirib ki, UNEC İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gələn Əziz Sancarı özü qarşılayıb: 

“Forum çərçivəsində Əziz Sancarın iştirakı ilə çox faydalı görüşlər (o cümlədən gənc tədqiqatçılar, olimpiada qalibləri olan yuxarı sinif şagirdləri və bir qrup şəhid övladları-tələbələr və Gəncədən olan qızımız Xədicə ilə görüş), çox maraqlı müzakirələr (o cümlədən, postkovid elm və təhsilinə elmi baxış), Şuşaya səfər və digər maraqlı tədbirlər nəzərdə tutulub. Dəvətimizi qəbul etdiyinə görə dəyərli Əziz Sancara təşəkkür edirik”.

Qeyd edək ki, forum 1-3 dekabr tarixlərinə Gülüstan sarayında baş tutacaq. Ə.Sancar Forum çərçivəsində alimlərlə görüşəcək, eyni zamanda çıxış edəcək.

13:24

Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar Azərbaycana gəlir.

Oxu.Az xəbər verir ki, dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisadi Forumunda iştirak edəcək.

Forumun ilk günü, dekabrın 1-də Ə.Sancarın alimlərlə görüşü planlaşdırılır. O, dekabrın 2-də “Post-pandemiya dövründə elm və təhsil” adlı II paneldə çıxış edəcək.

Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də Gülüstan sarayında başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi “Zəfər Yolu”dur.

Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbir dekabrın 3-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri