29 
Noy
2021
15:35
135
173
1610
Virtual karabakh

Xərçəngdən əziyyət çəkən 12 yaşlı Ayanın sizin köməyinizə ehtiyacı var - FOTO

12 yaşlı Ayan Babazadə xərçəng xəstəliyindən əziyyət çəkir.

Oxu.Az xəbər verir ki, sol diz oynağının xərçəngindən (osteosarkoma) əziyyət çəkən 12 yaşlı qızın diz oynağı protezlə əvəz edilməlidir.

Sözügedən protez isə Almaniyadan sifariş ediləcək.

Ailə bildirir ki, hazırda müalicə üçün imkanları yoxdur: “Ayanın 10 yaşlı qardaşı Ayxan da xərçəngdən əziyyət çəkib. Ayanın sağalması üçün 100 min manat pul lazımdır. Xeyirsevər insanların köməyi ilə 30 min manat artıq yığılıb. Xahiş edirik övladımızın sağalması üçün bizə kömək etsinlər. Pul yığıldıqdan sonra Ayan Türkiyədə əməliyyat olunacaq. Hazırda onun vəziyyəti yaxşı olmadığı üçün məktəbə də gedə bilmir. Ayan keçən həftənin cümə günü Milli Onkologiya Mərkəzində 3-cü kimyəvi terapiya kursunu qəbul edib”.

Ayanın nənəsi Şamama Babayeva ilə əlaqə saxlamaq istəyənlər bu nömrəyə zəng vura bilərlər:

0504625530

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri