29 
Noy
2021
19:00
33
256
6101
Virtual karabakh

“Elxan Elatlı çətinliklə dolanır” - AÇIQLAMA

29 Noy, 2021
19:00
6101

“Elxan Elatlı çətinliklə dolanır” - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maraqlıdır ki, nə ona heyran olan oxucular, nə haqqında parıltılı sözlər yazan jurnalistlər yazıçının gerçək həyatı ilə maraqlanıb”.

Bu sözləri Rasim Qaraca sosial şəbəkə hesabında tanınmış yazıçı Elxan Elatlı haqqında paylaşımında qeyd edib.

O bildirib ki, Gəncə Kitab Sərgisinə Azərbaycanın ən çox oxunan yazarı Elxan Elatlı da gəlmişdi. 

“Axşam yeməyi sırasında təsadüfən eyni masada oturduq və bu son dərəcə səmimi insanla ilk dəfə söhbət edəsi olduq. Əvvəllər mənə təkəbbürlü birisi kimi görünmüşdü, daha öncələr kitab sərgilərində rastlaşsaq da, yaxından tanış olmağa maraq göstərməmişdim. Həmin axşam bu gözəl insanı söhbətə tutdum, dolayı yolla da olsa, kitablarından gələn gəlirlə necə dolandığını soruşdum. Danışdıqları məni heyrətə gətirdi. Sən demə, kitabları ən çox satılan yazarımız çətinliklə dolanırmış, 27 romanının heç birinin hüquqları özündə deyil, bütün kitablarının hüququnu ehtiyac üzündən hansısa bir nəşriyyata kiçik məbləğə satıb. İndi maddi vəziyyətini düzəltməkdən ötrü daim yeni romanlar yazmalıdır. Bir romanı yazmaqdan ötrü isə ona bir il vaxt lazımdır. Bu nədir, taleyin ironiyasıdırmı? 27 roman yazan, minlərlə oxucusu tərəfindən sevilən yazarımız öz problemləri ilə baş-başadır və onu gerçəkdən duyan bir insan belə yoxdur...”- deyə, o, paylaşımında qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri