30 
Noy
2021
14:12
32
123
986
Virtual karabakh

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

30 Noy, 2021
14:12
986

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 29-da polis əməkdaşları tərəfindən respublika ərazisində iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumlarına məlumat veriblər.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri