30 
Noy
2021
11:22
237
15
2485
Virtual karabakh

Roman Bravo: “Ürəyim Azərbaycanla döyünür!” - VİDEO

30 Noy, 2021
11:22
2485

Roman Bravo: “Ürəyim Azərbaycanla döyünür!” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

CBC telekanalında yayımlanan “Noçnoy Razmovar” verilişinin qonağı 44 günlük müharibədə Azərbaycanı və onun ədalətli mövqeyini ürəkdən dəstəkləyən rusiyalı tarixçi, “TikTok”çu Roman Bravo olub.

O, Rusiya vətəndaşı olmasına və Azərbaycana heç vaxt gəlməməsinə baxmayaraq, ölkəmizin əsl vətənpərvərinə çevrilib.

Verilişin aparıcısı Kamran Razmovarla söhbətində Roman Bravo Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa onu nəyin sövq etdiyindən, ermənilərin dünyagörüşündən, Vətən müharibəsi vaxtı onun mövqeyinə münasibətindən, Rusiyada yaşayan ermənilərlə azərbaycanlıların münasibətlərindən və bir çox başqa məsələlərdən danışıb.

Müsahibə zamanı məlum olub ki, Romanın əsli azərbaycanlıdır, çünki onun babalarından biri Goranboydandır və bir müddət Bakıda yaşayıb. O, həmçinin Azərbaycana səfər etmək, onun mədəniyyətini, tarixini yaxından tanımaq və Azərbaycan dilini öyrənmək arzusunda olduğunu bildirib.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri