30 
Noy
2021
13:24
25
76
1096
Virtual karabakh

Ötən gün 12 obyekt sahibi barəsində cinayət işi açılıb - RƏSMİ

30 Noy, 2021
13:24
1096

Ötən gün 12 obyekt sahibi barəsində cinayət işi açılıb - RƏSMİ

Noyabrın 29-da Bakı şəhərində və respublika ərazisində 177 toy şənliyinin monitorinqi həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlamalar DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.

Belə ki, monitorinq 173 şadlıq sarayında, dörd şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, beş nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 12 obyekt sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 91 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri