30 
Noy
2021
22:12
95
464
7489
Virtual karabakh

Naxçıvana uçan təyyarə Bakıya qayıtmalı olub - YENİLƏNİB + VİDEO

30 Noy, 2021
22:12
7489

Naxçıvana uçan təyyarə Bakıya qayıtmalı olub - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

Təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

17:36

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana gecikən iki reys yola salınıb.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən verilən məlumata görə, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçirilib.

“Hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, hər iki reys yola düşüb”, - AZAL-dan bildirilib.

13:26

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reysi gecikir.

Bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri