30 
Noy
2021
15:48
20
285
3603
Virtual karabakh

DGK malların rüsumsuz gətirilməsinin limitini azaldıb?

30 Noy, 2021
15:48
3603

DGK malların rüsumsuz gətirilməsinin limitini azaldıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsi (DGK) bir sıra KİV-lərdə fiziki şəxslər üçün malların rüsumsuz gətirilməsi limitinin 300 dollardan 100 dollaradək azaldılması barədə yer alan məlumatı şərh edib.

DGK-dən Trend-ə bildiriblər ki, bu cür qərarların qəbulu Nazirlər Kabinetinin səlahiyyətindədir.

“Dövlət Gömrük Komitəsi icraedici strukturdur. KİV-lərdə yayılan bu məlumat həqiqətə uyğun deyil”, - deyə komitədən bildiriblər.

Qeyd edək ki, 2020-ci ildən bir fiziki şəxsin adına gətirilən 300 dollardan çox olmayan mallara rüsum tətbiq olunmur.

Əvvəllər bu rəqəm 1 000 dollara bərabər idi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri