Dek
2021
11:31
350
52
13798
Virtual karabakh

Hərbçilərimizin nəşləri DSX-nin Olimpiya Kompleksinə aparılıb - YENİLƏNİB + FOTO/VİDEO

1 Dek, 2021
11:31
13798

Hərbçilərimizin nəşləri DSX-nin Olimpiya Kompleksinə aparılıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri vida mərasiminin keçirilməsi üçün DSX-nin Olimpiya Kompleksinə aparılıb. 

Oxu.Az-ın xəbərinə görə Olimpiya Kompleksində vida mərasimi keçiriləcək.

Daha sonra şəhidlər dəfn ediləcək.

10:16

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan helikopterində şəhid olan 14 nəfərin nəşi ailələrinə təhvil verilir.

Oxu.Az xəbər verir ki, şəhidlərlə vida mərasimi keçiriləcək.

FOTO: Firudin Səlimov, Kərim Abbasov

10:00

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri bu gün ailələrinə təhvil veriləcək.

Hazırda onların yaxınları Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qarşısındadır.

Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

Baku TV-nin videosunu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri