Dek
2021
10:25
344
27
3374
Virtual karabakh

Güneyli gənclər Azərbaycan şəhərlərinin adlarının təhrif edilməsinə etiraz ediblər - FOTO

1 Dek, 2021
10:25
3374

Güneyli gənclər Azərbaycan şəhərlərinin adlarının təhrif edilməsinə etiraz ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güneyli gənclər Azərbaycan şəhərlərinin coğrafi adlarının təhrif edilməsinə etiraz ediblər.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Tehran Bələdiyyəsinin prospekt və küçələrin Azərbaycan adlarını farsca adlara dəyişməsinin ardınca Tehranda yaşayan bir qrup güney azərbaycanlı gənc bu siyasətə etiraz olaraq lövhələrdən fars adlarını silərək həmin küçənin divarına Azərbaycan adını yazıblar.

Bu yaxınlarda Tehran bələdiyyəsi küçələrdən birinə “Şuşi” adını verib. “Şuşi” ermənilərin Qarabağdakı “Şuşa” şəhərinə qoyduğu erməni adıdır.

Qeyd edək ki, İran hökuməti bir əsrə yaxındır ki, türkofobiya, yerlərin və bölgələrin orijinal türk adlarının silinməsi siyasətini yürüdür və bu əməlini hələ də davam etdirir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri