Dek
2021
11:02
156
58
3840
Virtual karabakh

Şamaxıda məşhur restoranın sahibi qaydaları heçə saydı: Cinayət işi açıldı - FOTO/VİDEO

1 Dek, 2021
11:02
3840

Şamaxıda məşhur restoranın sahibi qaydaları heçə saydı: Cinayət işi açıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən restoranda pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Turist” restoranında təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, masalararası məsafənin gözlənilmədiyi, eləcə də xidmət personalının tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Karantin rejimi tələblərinin pozulması ilə əlaqədar obyekti sahibi Həsən Allahverdiyev barəsində Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin obyektdə bir müddət öncə də qayda və tələblərə laqeyd yanaşıldığından restoranı işlədən şəxs 4 000 manat məbləğində cərimə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri