Dek
2021
13:12
324
13
1371
Virtual karabakh

Əziz Sancar: “Qarabağ hər birimizin ürəyində, düşüncəsindədir” - FOTO

1 Dek, 2021
13:12
1371

Əziz Sancar: “Qarabağ hər birimizin ürəyində, düşüncəsindədir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu” keçirilir.

Oxu.Az-ın məlumatına görə, forumda Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar və Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov iştirak edir.

Ə.Muradov bildirib ki, forumda 50-ə yaxın şəhid övladı iştirak edir:

“Azərbaycan 30 ildən sonra öz doğma torpaqlarına qovuşdu. Biz bu gün şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik”.

Əziz Sancar isə qeyd edib ki, Qarabağ zəfəri ilə Azərbaycan bir çox şeyə nail oldu. Qarabağ hər birimizin ürəyində, düşüncəsindədir. Qarabağı düşünmədən, Qarabağda olub-bitəni bilmədən, burada danışa bilmərik. Azərbaycan müharibədə qalib gəldi:

“Azadlıq verilməz, Azadlıq qazanılır. Torpaq verilməz, torpağı qazanarsan həqiqətini ortaya qoydu. Türk dünyasında türk istiqlal müharibəsindən sonra Qarabağ müharibəsi dünyaya bu mesajı verdi: Artıq torpağımızı ala bilməzsiniz, torpağımızı özümüz alacağıq və bunu etdik. Azərbaycanlı qardaşlarımız bunu etməklə bütün dünyaya dərs verdi”.

Ə.Sancar 420-dən çox elmi məqaləyə, 33 mindən çox elmi istinada malik olan, Hirşa indeksi isə 99-a çıxan Əziz Sancar fotoliyaz təmir mexanizmini kəşf etmək üçün 40 il, DNA ikili kəsim mexanizmini kəşf etmək üçün 35 il, kriptokrom və period proteinlərinin funksional mexanizmini kəşf etmək üçün isə 16 il zaman sərf edib.

Qeyd edək ki, forumda üç gün ərzində beş panel üzrə 30-a qədər spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək.

İlhamə Əbülfət
FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri