Dek
2021
13:16
289
10
2288
Virtual karabakh

Türkiyəli Nobel mükafatı laureatı: “Xaricdə yox, kənd məktəbində oxumuşam” - FOTO

1 Dek, 2021
13:16
2288

Türkiyəli Nobel mükafatı laureatı: “Xaricdə yox, kənd məktəbində oxumuşam” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən xaricdə yox, Türkiyənin cənub-şərqində kənd məktəbində oxudum. Bakalavr təhsilimi İstanbul Universitetinin Tibb fakültəsində almışam”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu”da çıxışı zamanı Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar bildirib.

Onun sözlərinə görə, bu gün Türk dünyası elmdə, təhsildə irəliləyə bilər:

“Mən təhsil alan illərdə maliyyə baxımından əlavə bilik öyrənmək imkanım yox idi. İndi bu imkanlar bütün Türk dünyasında var. Türk universitetlərində oxuyub, uğur qazananlar var”.

“Təbii ki, təhsillə bağlı Almaniya, İngiltərə ilə yarışacaq vəziyyətdə deyilik. Əgər əvvəl Çin geridə idisə, bu gün bütün ölkələri qabaqlayır. Çində oxuyan uşaqlar çox yaxşı təhsil alır. Mənimlə işləyən tələbələrin 70 faizi Çində təhsil alıb. Çin bacarıbsa, biz də bacara bilərik. 1980-ci illərdə Çin və Türk dünyası arasında fərq yox idi. Lakin indi Çin Qərblə yarışır, biz isə yox”, - deyə o qeyd edib.

İlhamə Əbülfət
FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri