Dek
2021
15:02
423
55
15186
Virtual karabakh

Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

1 Dek, 2021
15:02
15186

Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunublar.

Oxu.Az xəbər verir ki, onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

14:30

Noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan hərbçilər dəfn olunur.

Oxu.Az xəbər verir ki, qəza nəticəsində həlak olan hərbçilərin cənazələri II Şəhidlər xiyabanına gətirilib.

Qeyd edək ki, noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə şəhid olan hərbçi qulluqçularla “Sərhədçi” İdman Kompleksində vida mərasimi keçirilib.

Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

 

14:04

Noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan hərbçilərin nəşləri dəfn edilmək üçün yola salınır.

Oxu.Az xəbər verir ki, hərbçilərin cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb. Həlak olanlarla bu gün “Sərhədçi” İdman Kompleksində vida mərasimi keçirilib.

FOTO: Firudin Səlimov, Kərim Abbasov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri