Dek
2021
14:36
307
22
3218
Virtual karabakh

ATV telekanalı şəhidlərə görə efir proqramını dəyişdi - AÇIQLAMA

1 Dek, 2021
14:36
3218

ATV telekanalı şəhidlərə görə efir proqramını dəyişdi - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.

Hadisə ilə bağlı ATV telekanalı efir siyasətində dəyişiklik edib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq telekanalın media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli əyləncə xarakterli verilişlərin dayandırıldığını bildirib:

“Həmin gündən etibarən proqramda dəyişiklik edildi. Efirdə olacaq əyləncəli verilişlər çıxarıldı. Baş vermiş hadisə ilə bağlı reportajlar, süjetlər və şərhlər yayımlandı və bu gün də məsələ ilə bağlı efir siyasətimiz eyni qayda ilə davam edəcək.

Əlavə olaraq onu da qeyd edək ki, bu gün efirimizdə Laçın rayonunun işğaldan azad edilməsinin 1-ci ildönümü ilə bağlı materiallara da geniş yer verilib.

ATV telekanalı olaraq, şəhidlərimizin ailələrinə başsağlığı veririk. Allahdan şəhidlərimizə rəhmət, yaralananlara isə şəfa diləyirik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri