Dek
2021
16:04
102
35
2057
Virtual karabakh

“Petkim”in baş direktoru: “56 ilin maliyyə rekordu qırıldı”

1 Dek, 2021
16:04
2057

“Petkim”in baş direktoru: “56 ilin maliyyə rekordu qırıldı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Petkim” mövcud olduğu 56 ilin maliyyə rekordunu qırdı”.

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərində baş tutan mətbuat konfransında deyib.

O bildirib ki, 2021-ci ilin ilk doqquz ayında yüksək nəticələr əldə edilib və gələcəkdə daha böyük rəqəmlərə nail olunması gözlənilir.

Zaur Məmmədov vurğulayıb ki, hazırda “Petkim”in EBİTDA-sı (ümumi gəlir) 380 milyon dollar məbləğindədir.

Bu nəticənin əldə edilməsində 2021-ci ildə icra olunan “Değer Benim” layihəsinin səmərəsi böyük olub:

“Petkim” zavodunun bizim üçün əhəmiyyəti böyükdür. Zavod illik 3,6 milyon ton istehsal gücünə malikdir. 78 ölkəyə ixracat həyata keçirilir. Əsas bazar bizim üçün Türkiyədir. Türkiyənin neft-kimya məhsulları üzrə ehtiyacının təxminən 16 faizini qarşılanır”.

Qeyd edək ki, pandemiyaya və məhsulların qiymətlərinin aşağı düşməsinə baxmayaraq, “Petkim” 2020-ci ildə əməliyyat gəlirliliyini 21 faiz artıraraq 1,9 milyard lirəyə çatdırıb.

Pandemiya dövründə daxili bazara önəm verən “Petkim”in 2019-cu ildə 60 faiz olan daxili satış payı 2020-ci ildə 67 faizə yüksəldi. Xalis mənfəət isə 14 faiz artaraq 1,1 milyard lirəyə çatıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri