Dek
2021
16:32
266
43
5145
Virtual karabakh

Yaralı zabitin anası: “Deyir ki, bərk qucaqlama, mən bu Vətənin oğluyam” - FOTO

1 Dek, 2021
16:32
5145

Yaralı zabitin anası: “Deyir ki, bərk qucaqlama, mən bu Vətənin oğluyam” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həmin gün oğlumun hərbi poliqona gedəcəyini bilirdim. Ona zəng etməyə ürəyim gəlmirdi. Mənə deyildi ki, helikopter qəzaya düşüb”.

Bunu Oxu.Az-a helikopter qəzasında yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilovun anası Məlahət Ədilova deyib.

Zabit anası bu gün oğlunu DSX-nin hərbi hospitalında gördüyünü bildirib:

“Onunla dünən ilk dəfə telefonla danışdım. Boğuq səsi gəlirdi. Kimsə ona deyib ki, ananın vəziyyəti pisdir. O da telefonda dedi ki, ana ölməmişəm, özünü öldürmə.

Bu gün yanına girdim. Çox şükür ki, vəziyyəti yaxşıdır. Ancaq üzündə travma, burnunda qırıq var. Həkimlər vəziyyətinin yaxşı olduğunu deyib. Ancaq hərbi hospitaldan nə vaxt çıxacağı hələ ki dəqiq bilinmir”.

Daha sonra Məlahət Ədilova oğlu haqda məlumat verib:

“Oğlum Heydər Əliyev adına Akademiyada “Sərhəd Qoşunları” fakültəsində hərbi təhsil alıb. 16 ildir ki, hərbçidir. Öz sənətini çox sevir. Həmişə harasısa ağrıyanda bərk qucaqlayıram. Mənə deyir ki, bərk qucaqlama, mən bu Vətənin oğluyam. Bu hadisə də Vətən yolunda olub. Digər 2 oğlum da hərbçi olub. Kiçik oğlum Rəşid Ədilov hazırda Qubadlıda DSX-nin leytenantı kimi hərbi xidmətdədir. İkinci oğlum da digər qardaşları kimi müharibə zamanı iştirak edib. Allah dualarımla onları müharibədən sağ-salamat qaytarıb”.

Səbuhi Musayev
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri