Dek
2021
12:26
21
27
862
Virtual karabakh

NETTY 2021 nominantları müəyyən edir: Seçim prosesi başladı - FOTO

2 Dek, 2021
12:26
862

NETTY 2021 nominantları müəyyən edir: Seçim prosesi başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı.

Bu il müsabiqədə iştirak etmək üçün 200-dən çox müraciət daxil olub.

1 dekabrdan 7 dekabradək müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyəti (münsiflər heyəti yalnız “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.

Müsabiqədə qələbəyə iddia edənlərin NETTY 2021-in nominantlarının yekun siyahısı 8 dekabr tarixində müsabiqənin saytında elan ediləcək.

Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq, NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək. Həmin dövrdə həmçinin müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.

NETTY 2021 qalibləri rəsmi olaraq 18 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilir. Mərasimə mükafatın bütün nominantları dəvət edilir.

İnternet-istifadəçilərdən öz növbəsində sosial login vasitəsilə Virtual Münsiflər Heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə təsir edə bilərlər.

Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlərin adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

2021-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:

1. Dövlət və Cəmiyyət;

2. Biznes və Maliyyə;

3. Elm, Təhsil və İnnovasiya;

4. Səhiyyə, İdman və Turizm;

5. İnformasiya və Xəbərlər;

6. Mədəniyyət, İncəsənət və Yaradıcılıq.

Müsabiqədənkənar fəxri nominasiyalar üzrə də qaliblər müəyyən olunacaq:

7. İlin İT Hadisəsi;

8. “Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə” nominasiya.

Bu il mükafatı dəstəkləyənlər:

Baş tərəfdaş - NAR.

Mükafatın rəsmi tərəfdaşları “Golden Pay”, SAVALAN, “SmartHost”, Renley.az-dır.

Layihənin informasiya tərəfdaşları: Kaspiy qəzeti, Oxu.Az, Media.az, İctimai TV, “InfoCity” jurnalı

Layihə ilə əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlayın.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri