Dek
2021
12:21
82
610
17491
Virtual karabakh

Nə keçmiş peşəsi, nə də şərəfli zabit forması çirkin əməlinə əngəl olmayan DSX mayoru... - VİDEO

2 Dek, 2021
12:21
17491

Nə keçmiş peşəsi, nə də şərəfli zabit forması çirkin əməlinə əngəl olmayan DSX mayoru... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün bütün Azərbaycanın diqqəti Dövlət Sərhəd Xidmətinin helikopter qəzasında şəhid olan 14 hərbçisinin anım mərasiminə yönəlmişdi. Vətən uğrunda şərəfli xidmət yolu keçən hərbçilərimizin anım mərasimində hər kəsin vəzifəsi onları son mənzilə layiqincə yola salmaq, ehtiram və hörmət göstərmək idi.

Ancaq çox təəssüf ki, bu cür kədərli bir məqamda, xoşagəlməz bir hadisənin yaşanmasına əngəl olmaq mümkün olmadı. Dövlət Sərhəd Xidmətinin şəhid hərbçiləri ilə vida mərasimində şəhid hərbçilərimizlə eyni şərəfli formanı daşıyan Rövşən Cahangirovun vəzifəsinin icrası ilə məşğul olan jurnalistlərə hücum etməsi böyük qalmaqala çevrildi.

Cəmiyyəti maraqlandıran suallara cavab tapmaq istəyən həmkarlarımıza DSX-nın mayoru Rövşən Cahangirovun mane olmaq cəhdi, üstəlik bu cəhd zamanı zor tətbiq etməsi vida mərasimi zamanı ilk növbədə şəhidlərimizin müqəddəs xatirəsinə böyük hörmətsizlik oldu.

Məsələnin mənəvi tərəfini xatırlatdıqdan sonra keçək qanuni tərəfinə...

Azərbaycan Respublikasının Kütləvi informasiya vasitələri haqqında qanununda qeyd olunur ki, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Qanunda da qeyd olunur ki, məlumat toplamaq hüququ dövlətimiz tərəfindən təminat altındadır. Yəni, jurnalistin fəaliyyətinə mane olmaq cəhdləri qanunla da qadağan edilir. Belə olan halda mayor Rövşən Cahangirovun hərəkəti qanunun kobud şəkildə pozulması anlamına gəlir.

Azərbaycanda dövlət səviyyəsində KİV-in inkişafına dəstək göstərilir, söz və mətbuat azadlığının qorunması ali hüquq kimi ilk növbədə dövlətin rəhbər şəxslərinin birbaşa nəzarətində saxlanılır.

Təkcə Azərbaycan Prezidenti İlham Əliyevin “jurnalistlər mənim dostumdur” ifadəsi belə ölkəmizdə jurnalist peşəsinə və fəaliyyətinə böyük ehtiram və dəstəyin ifadəsidir. Ümummilli lider Heydər Əliyevin jurnalistlərlə səmimi və mehriban dialoqları isə yəqin ki, hər birimizin xatirində qalmaqdadır...

Belə olan halda, Dövlət Sərhəd Xidmətinin mayor rütbəsinə gəlib çatmış zabiti Rövşən Cahangirovun xidmət başındakı “Baku TV” əməkdaşlarına qarşı etdiyi hərəkətə ad verməkdə çətinlik çəkirik. Ən sadə etik normaları, peşə etikasını ayaqlar altına alan bu hərəkət Rövşən Cahangirovun bütünlükdə ölkə ictimaiyyətinə, dövlətin ali qanunlarına və xidmət etdiyi quruma qarşı böyük hörmətsizlik və saymazlıq kimi qəbul edilməlidir.

Artıq məsələyə Azərbaycanın Mətbuat Şurası da münasibət bildirib:

“Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşayiət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır”.

Təbii ki, bu cür hərəkət təəssüf doğurmaya bilməz. Azərbaycan xalqı üçün kədərli bir gündə, Vətənin 14 şəhidi ilə vida günündə üstəlik onlarla eyni şərəfli formanı daşıyan şəxsin bütün bunlara məhəl qoymadan tək qayəsi cəmiyyəti maraqlandıran suallara cavab axtarmaq olan jurnalistlərə qarşı zorakılıq etməsi sadəcə rüsvayçılıqdır. Rövşən Cahangirov bu əməli ilə şəhidlərimizin müqəddəs xatirəsinə hörmətsizlik edib, təmsil etdiyi qurumun adına layiq olmayan davranış nümayiş etdirib, ölkə qanunlarını, dövlətin təminatın altında olan məlumat toplamaq azadlığını özbaşınalıq edərək məhdudlaşdırmağa cəhd göstərib.

Görünür, DSX-nın mayoru təkcə zabit peşəsinə qarşı bu cür etinasız və layiqsiz davranış nümayiş etdirmir. Çünki media ictimaiyyətinə Rövşən Cahangirovun keçmiş fəaliyyəti də yaxşı tanışdır. O, uzun illər bu sahədə fəaliyyət göstərib, ötən gün əl qaldırmağa cürət etdiyi jurnalistlərlə çiyin-çiyinə çalışıb. Lakin nə keçmiş peşəsi, nə də hazırda üzərində daşıdığı Dövlət Sərhəd Xidmətinin zabitinin forması ona bu cür çirkin addım atmağa əngəl ola bilməyib...

Odur ki, sözügedən hadisənin bir daha təkrarlanmaması üçün tədbir görülməsi mütləqdir. Çünki məsələ təkcə “Baku TV” əməkdaşlarına zor tətbiq edilməsi deyil, sözügedən əməl təkcə jurnalistlərə hücum da deyil, ölkənin qanunlarına, dövlətin maraqlarına və cəmiyyətin prinsiplərə qəsddir. Cəmiyyətin bütün təbəqələrinə qarşı olan bu cür səriştəsiz davranış sərt şəkildə cəzalandırılmalı və gələcəkdə bu kimi halların təkrarlanmasının qarşısı alınmalıdır.

Hər kəs bilməlidir ki, Azərbaycanda hətta dövlət başçısının belə özünə dost seçdiyi jurnalistlərə toxunmaq yolverilməzdir, onlara əl uzatmaq cəmiyyətin azadlığına qəsd anlamına gəlir və ən ağır şəkildə cəzalandırılmalıdır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri