Dek
2021
11:26
141
58
1340
Virtual karabakh

Bu gün 114 məhkum azadlığa buraxılacaq

3 Dek, 2021
11:26
1340

Bu gün 114 məhkum azadlığa buraxılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Penitensiar Xidmət üzrə 5 noyabrdan 1 dekabra qədər 1 787 nəfərə amnistiya aktı tətbiq edilib”.

Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib. 

O bildirib ki, Zəfər Gününün birinci ildönümü ərəfəsində “8 Noyabr - Zəfər Günü Münasibəti ilə amnistiya elan edilməsi haqqında” qərarın icrası çərçivəsində 1 787 nəfər məhkum haqqında adıçəkilən akt tərtib edilib: 

“Onlardan 34 nəfəri qadın, iki nəfəri yetkinlik yaşına çatmayan, 60 nəfər isə 60 yaşlı məhkumlardır. Artıq 1 391 nəfər məhkum azad edilib. Onlardan 1 023 nəfər cəzaçəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb. 359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra onlar azadlığa buraxılacaqlar. 64 nəfər məhkumun isə cəzası altı ay azaldılıb”.

A.Sabitova qeyd edib ki, bu gün Pentensiar Xidmət üzrə beş cəzaçəkmə müəssisəsindən 114 məhkum azadlığa buraxılacaq.

Qeyd edək ki, 5 noyabr tarixindən başlayan amnistiya aktının icra edilməsi prosesi dörd ay müddətində davam etdiriləcək.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri