Dek
2021
17:26
433
35
3716
Virtual karabakh

İrandan Azərbaycana 137 kq heroin keçirmək istədilər: 16 milyon manatlıq əməliyyat - YENİLƏNİB + FOTO/VİDEO

3 Dek, 2021
17:26
3716

İrandan Azərbaycana 137 kq heroin keçirmək istədilər: 16 milyon manatlıq əməliyyat - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gömrükçülər külli miqdarda, 137 kiloqramdan artıq heroin aşkar edib. Narkotik vasitə tranzit şəkildə Azərbaycandan keçən yük nəqliyyat vasitəsində aşkar olunub. Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Qazaxıstan Respublikasına DAF markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda həmin nəqliyyat vasitəsi saxlanılıb. “Marqarin” yükü aparan avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük nəzarəti zamanı kinoloji xidmət iti avtomobilin kabinəsinə reaksiya verdiyindən nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kabinənin tavanında şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitəsində əsaslı yoxlama aparan gömrük əməkdaşları kabinənin içərisindəki üzlüyün altında yerləşdirilərək gömrük nəzarətindən gizlədilən 171 ədəd düzbucaqlı formalı bağlamalar aşkar edib. Baxış zamanı bağlamalarda ümumi çəkisi 137 kq 339 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib.

İlkin sorğu-sual zamanı sürücü həmin narkotik vasitənin əvvəlcədən razılaşma yolu ilə İran İslam Respublikasında nəqliyyat vasitəsinə yüklənildiyini və müəyyən pul vəsaiti müqabilində Qazaxıstan Respublikasına aparmalı olduğunu bildirib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitə - heroinin Avropanın qara bazarında dəyəri təqribən 16 milyon manatdan artıqdır.

Faktla bağlı araşdırma aparılır.

14:24

“Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb”.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, ölkənin cənub sərhədində - Astara gömrük postunda 137 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri