Dek
2021
16:10
128
7
1244
Virtual karabakh

Fiziki əngəl yaratmaq şövqünə maneə deyil - FOTOREPORTAJ

3 Dek, 2021
16:10
1244

Fiziki əngəl yaratmaq şövqünə maneə deyil - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarix fiziki məhdudiyyətlərin böyük nailiyyətlərə əngəl yaratmadığını dönə-dönə sübut edib.

Əsrlərdir bəşər övladının ruhuna süzülən musiqilər bəstələyən Lüdviq Van Bethoven eşitmə əngəlli idi. Kainatın sirlərini açmağa çalışan astrofizik Stiven Hokinq ALS xəstəliyindən əziyyət çəkirdi.

Oxu.Az-ın bugünkü müsahibi də fiziki əngəlin yaratmaq şövqünə, bilgiyə yiyələnmək istəyinə mane olmadığının ən bariz nümunələrindən biridir.

Əsmər Həsənova 12.09.1992-ci ildə Bakıda anadan olub, 

O, 6-cı sinfə qədər Moskvada təhsil alıb:

“Daha sonra vətənə köçmüşük. Dərslər müəllimlər tərəfindən evdə keçirilib. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və dizayn fakültəsinin Qida məhsulları üzrə mühəndis ixtisası üzrə qəbul olmuşam”.

Müsahibim artıq universitetdə təhsil alan zaman işləməyə başlayıb:

“Mən eyni zamanda, muncuq düzməklə məşğul olmuşam. Universiteti bitirdikdən sonra da müxtəlif yerlərdə çalışmışam. Mənim üçün əlillik əngəl deyil”.

Ə.Həsənovanın sağlamlıq məhdudiyyəti anadangəlmə olub:

“Mənim üç yaşım olan zaman problemim bilinib. Bir çox həkimlərə müraciət etsək də, tam diaqnoz deyə bilmədilər. Daha sonra iki dəfə əməliyyat olunsam da, heç bir nəticəsi olmadı”.

Həmsöhbətim deyir ki, iş saatı bitdikdən sonra vaxtını ona doğma olan insanlarla keçirir, istirahət edir:

“Hər zaman mənə dəstək olan insanlarla vaxtımı keçirirəm. Fikrimcə, əlilliyi olan insanlara ətrafdakılar mənəvi dəstək olmalıdır. Mənim heç bir çətinliyim yoxdur.

Əlil insanlar bir mənimlə bitmir. Mən əlil arabasında olan insanlar üçün arabanın sərbəst idarə edib, istədikləri vaxt heç kimin köməyi olmadan hərəkət etmələri üçün şəraitin yaradılmasını istərdim.

Bəzən kiminsə əlilliyi olan insana yazığı gəlir. Bu, düzgün yanaşma deyil. Buna görə ruh yüksəkliyi əsasdır. İnsanlara tövsiyə edərdim ki, həyata sərbəst baxsınlar. Hər dəqiqədən istifadə etmək lazımdır”.

İlhamə Əbülfət

FOTO: Rəşad Mehdiyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri