Dek
2021
15:12
44
149
4991
Virtual karabakh

Bu dəfə ölüm də bizə qoşulub ağladı

3 Dek, 2021
15:12
4991

Bu dəfə ölüm də bizə qoşulub ağladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Neçə gündür yığıram. Fotoları, videoları... Göz yaşlarını... Bu ananın göz yaşı, bu balanın, bu sevginin, bu da ölümün. 

Bu dəfə ölüm də bizə qoşulub ağladı. Analara, atalara, balalara qoşulub o da hönkürdü. 

Amma neyləsin, öldürmək də onun vəzifəsidir.
 
Necə ki 14 zabitin vəzifəsi 7/24 Vətəni qorumaq idi. 

Bilirsiniz hərbçilər səyahət edə bilmirlər. İstirahət bilmirlər. Toy, ad günü bilmirlər. Elə xidmətdə, əlləri elə tətikdə olur. Ömür-gün keçir beləcə. Ölümlə çiling-ağac oynamaqla. 

Çox heyif bu dəfə qopa bilmədilər ölümün əlindən. 44 günlük od-alovun içindən çıxa bilənlər bu dəfə manevr edib qurtula bilmədilər. Vaxt, zaman bu günə imiş, yəqin... 

14 döyüşçü və...

Onların önündə farağat duran qara lentli Azərbaycan bayrağı... 

Tabutun üstünə qaçan, son dəfə atalarına toxunan övladlar...

Mərasimdən sonra atasının şəklini tabutda qələmlə çəkən qız övladı...

Evində son dəfə oğlunu bir gecə qonaq saxlaya bilməyən ana...

Döyüş dostlarını son mənzilə çiynində aparan hərbçilər...

Vida mərasiminə həyat yoldaşının hərbi geyimini geyinən qadın...

Oğlunun fotosunu bağrına basan ana...

Sonuncu dəfə göz yaşları içində şəhid həmkarlarına hərbi salam verən sərhədçi qız...

Məzara qoyulan tabutun üstünü tozdan təmizləyən ana...

Şəhidin portretini tutan mavi gözlü oğlan uşağı...

Bir anın içində şəhid ailəsi olanların göz yaşları...

Gözdə qurusa da, qəlbdə heç vaxt qurumayacaq göz yaşları...

Onlar ən yüksək zirvəni fəth etdikcə, biz ən ağır əzaba düçar oluruq. 

Nədirsə bütün şəhid anaları, ataları bir-birinə bənzəyir. 

Eyni cür olurlar. Eyni xatirələr bölüşür, eyni mahnılara qulaq asırlar.  

Sevgiləri də, sevdikləri də eyni olur sanki.

Gedirəm bu axşam, gedirəm, gülüm.
Bilirəm gül üzün solacaq mənsiz.
Gedirəm gəlməsəm, qalacaq sevgim,
Bəlkə də gözlərin dolacaq mənsiz

Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm gəlməsəm, yada sal məni.... (Piruz Dilənçi)

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri