Dek
2021
15:16
148
24
785
Virtual karabakh

Nazir: “Qarabağ bölgəsi tarixən kənd təsərrüfatının ən inkişaf etdiyi bölgələrdən olub” - FOTO

3 Dek, 2021
15:16
785

Nazir: “Qarabağ bölgəsi tarixən kənd təsərrüfatının ən inkişaf etdiyi bölgələrdən olub” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqları işğaldan azad etməsi nəticəsində bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün mühüm imkan yaranıb”.

Oxu. Az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ bölgəsi tarixən kənd təsərrüfatının ən inkişaf etdiyi bölgələrdən olub:

“İşğaldan əvvəl həmin torpaqlarda taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük təsərrüfatları üstünlük təşkil edilib. Eyni zamanda, işğaldan əvvəl bölgə heyvandarlığın inkişafı ilə digər regionlardan irəlidə olub. 30 il ərzində bölgənin kənd təsərrüfatına ermənilər böyük ziyan vurub.

Bölgənin torpaq və su ehtiyatları vəhşicəsinə istifadə edilib və hazırda erməni barbarlığının aradan qaldırılması üçün yenidənqurma işləri başlanılıb”.

O qeyd edib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafı üçün addımlar atılır:

“Artıq burada payızlıq və yazlıq əkinlər aparılır. Bu il həyata keçirilən pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarında arıçılıq və qoyunçuluq təsərrüfatları köçürülüb. Layihənin nəticələri uğurlu olub və yüksək məhsuldarlıq əldə olunub”.

İlhamə Əbülfət

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri