Dek
2021
17:24
238
63
1168
Virtual karabakh

Emin Əmrullayev: “Türkiyənin ən müasir tədris müəssisələrinin təcrübəsini Azərbaycana gətiririk”

3 Dek, 2021
17:24
1168

Emin Əmrullayev: “Türkiyənin ən müasir tədris müəssisələrinin təcrübəsini Azərbaycana gətiririk”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ali təhsil sahəsində yeni mərhələ olaraq Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlara başlanılıb. Bu universitet Türkiyə və Azərbaycanda təhsil sahəsində bir-iki illik layihə deyil, dayanıqlı təşəbbüs olacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın iştirakı ilə keçirilən brifinqdə deyib.

O bildirib ki, qısa zaman ərzində bu layihənin çox uğurlu şəkildə həyata keçirilməsi təmin ediləcək:

“Bu layihə qardaş ölkələri bir-birinə daha da yaxınlaşdıracaq. Universitetin qurulması öz-özlüyündə kifayət qədər mürəkkəb işdir. Sadəcə olaraq Erol bəy ilə fikir mübadiləsi apardıq. İlkin mərhələdə olduğumuz üçün detalların ictimailəşdirilməsi hələ tezdir. Düşünürük ki, yaxın zamanda universitetlə bağlı əsas məsələlər ictimailəşdiriləcək. Bu layihə həm Azərbaycanda, həm də Türkiyədə elm, təhqiqat və iqtisadi inkişaf sahəsində kifayət qədər uğurlara imza atacaq. Qısa olaraq biz artıq Türkiyənin ən aparıcı, müasir tədris müəssisələrinin təcrübəsini Azərbaycana gətirməkdən danışırıq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri