Dek
2021
16:06
105
19
763
Virtual karabakh

Nazir: “Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üçün Hökumət Komissiyası yaradılıb”

3 Dek, 2021
16:06
763

Nazir: “Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üçün Hökumət Komissiyası yaradılıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəngilan rayonunun ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpa edilməsi məqsədilə ərazidə ekoloji vəziyyətin qiymətləndirilməsi və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə başlanılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, tullantıların idarə olunması məsələsi də diqqət tələb edir:

“İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsinin müasir standartlara uyğun təşkili, müvafiq infrastrukturunun yaradılması və bu sahədə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə müvafiq Hökumət Komissiyası yaradılıb”.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi qarşıda duran hədəflərdəndir:

“Bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin ekoloji vəziyyəti yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək nəzərdə tutulub”.

“Ötən müddət ərzində işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün nazirliyin müvafiq xidməti tərəfindən uçuş aparatları vasitəsilə 213 kvadrat kilometr ərazinin fotoçəkilişləri aparılıb, ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanıb.

Bununla yanaşı, coğrafi informasiya sistemləri bazasında işğaldan azad olunmuş ərazilərdə yerləşən su və su təsərrüfatı obyektlərinin elektron su xəritəsi hazırlanıb”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri