Dek
2021
16:12
106
20
921
Virtual karabakh

Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur

3 Dek, 2021
16:12
921

Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağın təhsil mərkəzinə çevrilməsi gündəmdə olan məsələdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ağdamda artıq xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur:

“Həmin kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq”.

O bildirib ki, hələlik universitetin konsepsiyası işlənilməlidir:

“Qarabağ elmi potensialından istifadə edilməsi böyük uzun yoldur. Qarabağda dayanıqlı məskunlaşma insanların bacarıq və biliklərinin inkişafı deməkdir. Çünki oraya köçən və məskunlaşan insanların adaptasiya prosesində onların bacarıqlarının inkişaf etdirilməsi, formalaşdırılması da nəzərdə tutulur”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri