Dek
2021
16:14
24
108
1230
Virtual karabakh

Təbriz Əmmayev: “Düşmən stansiyalarda heç bir ekoloji normaları gözləməyib”

3 Dek, 2021
16:14
1230

Təbriz Əmmayev: “Düşmən stansiyalarda heç bir ekoloji normaları gözləməyib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tərtərçay, Həkəri çayı və onların qolları üzərində yüksək hidroenerji potensialı var. Əfsus ki, mənfur düşmən tərəfindən tikilmiş kiçik su elektrik stansiyalarında heç bir ekoloji normalar gözlənilmədən çay istismar edilib, yararsız hala salınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Təbriz Əmmayev “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu stansiyaların bərpası üzrə planlar həyata keçirilir, əməli nəticələr artıq əldə edilib:

“Artıq həmin ərazidə sənaye həcmli su elektrik stansiyasının tikintisi üzrə layihələr həyata keçirilməsi üzrə danışıqlar gedir. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzərində 140 meqavat gücündə su elektrik stansiyasının tikintisidir ki, bu da illik 358 milyon kilovat/saat elektrik enerjisinin istehsalı deməkdir. Bu stansiya 110 min ev təsərrüfatının elektrik enerjisi ilə təmin etməyə qadir olacaq”.

“Eyni zamanda, ərazini təmiz enerji ilə təmin etmək üçün həyata keçirilən layihələr öz nəticələrini verir”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri