Dek
2021
16:52
227
10
889
Virtual karabakh

Azad edilmiş ərazilərdə 30 min hektara yaxın sahədə meşə-bərpa tədbirləri nəzərdə tutulur

3 Dek, 2021
16:52
889

Azad edilmiş ərazilərdə 30 min hektara yaxın sahədə meşə-bərpa tədbirləri nəzərdə tutulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İqlim prosesləri sərhəd tanımır. Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu baxımdan region ölkələri ilə informasiya mübadiləsinin daha səmərəli aparılması və təhlükəli hadisələrə qarşı adekvat tədbirlərin seçilməsində ölkələrin dayanıqlığını təmin etmək üçün “Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platformasının yaradılması” nəzərdən keçirilir.

“Azmeşəli ölkə kimi yaşıllıqların artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Bildirmək istərdim ki, işğal dövrü ərzində 54 min hektar meşə ilə örtülü ərazi məhv edilib. Orta və uzunmüddətli perspektivdə meşələrin ekoloji, su qoruyucu, iqlim tənzimləyici xassələrinin bərpa edilməsi planlaşdırılır. Hazırda işğaldan azad olunmuş ərazilərdə meşə fondunun genişmiqyaslı bərpasını nəzərdə tutan proqram hazırlanıb. Proqram çərçivəsində 30 min hektara yaxın meşə fondu sahəsində meşə-bərpa tədbirləri nəzərdə tutulur. Artıq həmin ərazilərdə ağacların əkilməsi və toxum səpini işlərinin aparılmasına başlanılıb.

Qarabağda ərazilərin böyük hissəsinin minalanması genişmiqyaslı monitorinq və bərpa işlərinin aparılmasında imkanlarımızı məhdudlaşdırır. Minalardan təmizləmə prosesi sürətləndikdən sonra bərpa işləri daha intensiv şəkildə aparılacaq”, - nazir M. Babayev qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri