Dek
2021
18:20
178
49
3682
Virtual karabakh

Türkiyə-Azərbaycan birgə yaradılacaq universitetində hansı ixtisaslar tədris olunacaq? - AÇIQLAMA

3 Dek, 2021
18:20
3682

Türkiyə-Azərbaycan birgə yaradılacaq universitetində hansı ixtisaslar tədris olunacaq? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə-Azərbaycan birgə yaradılacaq universitetdə texniki ixtisasların tədris edilməsi nəzərdə tutulur. Lakin, müxtəlif elm sahələri də tədris ediləcək”

Oxu.Az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev  Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın iştirakı ilə keçirilən brifinqdə deyib.

O bildirib ki, hər hansı ixtisas açılmamışdan öncə yüksək keyfiyyətli tədris üçün müəyyən şərtlər ödənilməlidir:

“Hazırda detalların açıqlanması üçün tezdir. Əgər biz mühəndislik ixtisasından danışsaq, gərək müvafiq laboratoriya və şərtlər ödənilsin ki, Türkiyənin qabaqcıl universitetlərinin təcrübə proqramlarından yararlana bilək. Hazırda bu istiqamətdə müzakirələr gedir ki, bizim zamana ehtiyacımız var.

Təbii ki, ölkə üzrə biz texniki-texnoloji, mühəndislik sahəsi, elmin müxtəlif sahələrinin tədrisində maraqlayıq. Müzakirə etdiyimiz modeldə məqsədimiz mərhələli şəkildə müxtəlif fakültələrin qurulmasıdır. Söhbət yalnız bir ixtisas və bir fakültədən getmir”.

Nazir həm də bu il kənd təsərrüfatı sahəsində dörd ixtisas üzrə ikili diplom proqramına başlanıldığını qeyd edib:

“Bizim ilk dəfə olaraq Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Qazi Universiteti arasında tibb bacısı ixtisasının bakalavr təhsili üzrə ikili diplom proqramlarımız var. Daha əvvəl bizdə kollec təhsili (orta ixtisas) səviyyəsi gedir. Hazırda qurulması istiqamətində müzakirə edilən universitet isə müxtəlif ixtisasları, fakültələri özündə birləşdirəcək. İxtisas seçimində təbii ki, Azərbaycan tərəfi öz iqtisadi inkişafına, ehtiyaclarına uyğun ixtisasların tədrisinə diqqət edəcək. Türkiyə tərəfindən keyfiyyətə nəzarət qurumları da məsələdə rol oynayacaq. Əsas məqsədimiz odur ki, bu universitetdə keyfiyyət təminat Türkiyənin aparıcı, müasir universitetlərindəki tədris keyfiyyətinə bərabər olsun. Bu, rəqabəti də artıracaq, eyni zamanda təhsil sahəsinə yeni nəfəs gətirmiş olacaq”.  

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri