Dek
2021
23:32
15
399
4220
Virtual karabakh

Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident

3 Dek, 2021
23:32
4220

Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlılar yaşayan Qaracala kəndində silahlı insident baş verib.  

“Report”un yerli bürosu xəbər verir ki, insidentlə bağlı artıq görə bir nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, 18 yaşlı kənd sakini mübahisə zəminində 1988-ci il təvəllüdlü həmkəndlisini ov tüfəngi ilə yaralayıb və hadisə yerindən qaçıb.

Saxlanılan şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, yaralanan şəxs xəstəxanadadır, vəziyyəti orta ağırdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri