Dek
2021
12:18
26
137
2806
Virtual karabakh

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

4 Dek, 2021
12:18
2806

Mənimsəmədə ittiham olunan sabiq lisey direktoru zərəri ödədi, işə xitam verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail Rayon Məhkəməsində Bakıdakı Həbib Bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-humanitar Liseyin sabiq direktoru Bəkir Mustafayev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunan sabiq direktora hökm oxunub.

Hökmə əsasən, dəymiş ziyanın tam ödənildiyi və cinayət prosesində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyinə görə, təqsirləndirilən şəxs Bəkir Mustafayev cinayət məsuliyyətindən azad edilib, barəsində cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, iş üzrə ümumi ziyan 34 min 102 manat olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri