Dek
2021
17:12
15
235
1800
Virtual karabakh

Bir ildir evsiz qalan 17 ailənin problemi nə vaxt həll ediləcək? - VİDEO

Astarada keçən il baş vermiş torpaq sürüşməsindən sonra evləri qəzalı vəziyyətə düşən 17 ailənin problemi hələ də həll olunmayıb.

Söhbət Astaranın Şümrüd kəndindən gedir. Hazırda ərazidə sürüşmə aktivləşib və kəndlilərin narahatlıqları daha da artıb. Belə ki, cənub bölgəsində qeyri-sabit hava şəraiti nəticəsində kənd ərazisində sürüşmə aktiv fazaya keçib. Evlər daha da qəzalı vəziyyətə düşüb.

Hələ ötən il, sürüşmənin ilkin mərhələsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirib və burada yaşayan əhalinin təxliyə olunmasını məsləhət görüblər.

Amma bir ildən çox vaxt keçsə də, məsələ hələ də öz həllini tapmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri