Dek
2021
20:11
20
260
2541
Virtual karabakh

Şabranda avtomobil naməlum şəxsi vuraraq öldürüb: Yaxınları axtarılır - FOTO

4 Dek, 2021
20:11
2541

Şabranda avtomobil naməlum şəxsi vuraraq öldürüb: Yaxınları axtarılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabranda avtomobil naməlum şəxsi vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə hadisə dünən axşam saat 21:30 radələrində Quba-Bakı yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Ford Tranzit” markalı avtomobil 45-50 yaşlı piyadanı vuraraq öldürüb.

Qeyd edək ki, ölən şəxsin kimliyi məlum deyil. Meyit aşkar olunarkən üzərində göy cins şalvar və qara gödəkcə olub.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 733-06-06 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri