Dek
2021
10:19
31
345
6304
Virtual karabakh

Bakı metrosunda sərnişin qatar yoluna düşdü

5 Dek, 2021
10:19
6304

Bakı metrosunda sərnişin qatar yoluna düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda sərnişin stansiya yoluna düşdü.

Bu barədə Oxu.Az-a “Bakı Metropolitenin” mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “İçərişəhər-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatar “Nəriman Nərimanov” stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb. Dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri