Dek
2021
16:05
34
522
12034
Virtual karabakh

Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var - YENİLƏNİB + FOTO

5 Dek, 2021
16:05
12034

Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində baş verən ağır avtomobil qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyətləri məlum olub. 

Oxu.Az xəbər verir ki, qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

14:40

Gəncədə iki nəfərin ölümü ilə nəticələnəm yol qəzası baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb. 

İlkin məlumata görə, idarəetməni itirən sürücü ilk olaraq təxminən 12-13 yaşlarına olan məktəblini vurub daha sonra, ağaca çırpılıb. Zərbənin təsirindən azyaşlı qız uşağı hadisə yerində,sürücü isə xəstəxanaya aparılarkən keçinib. Dünyasını dəyişən şəxslərin kimliyi dəqiqləşdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri