Dek
2021
15:19
24
238
7137
Virtual karabakh

Baş Prokurorluqdan helikopter qəzası ilə bağlı YENİ AÇIQLAMA - VİDEO

6 Dek, 2021
15:19
7137

Baş Prokurorluqdan helikopter qəzası ilə bağlı YENİ AÇIQLAMA - VİDEO

“Helikopter qəzası mürəkkəb hadisə olduğu üçün müxtəlif növ ekspertiza təyin edilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş prokurorun böyük köməkçisi ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib. 

O bildirir ki, qəzaya səbəb olaraq təxribat amili ola bilməz: 

“Məsələnin araşdırılması üçün xüsusi komissiya yaradılıb. İşlər aparılır. Helikopterin “qara qutusu”nun Azərbaycanda və ya xaricdə olduğu barədə məlumatlar istintaq sirri kimi gizli saxlanılır. Hazırda mürəkkəb növ ekspertizalar ölkə daxilində həyata keçirilməsi məsələsinə baxılır. Yekun nəticə barədə ictimaiyyətə zəruri məlumatlar veriləcək”.

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri