Dek
2021
17:52
39
78
1325
Virtual karabakh

İstintaq mərhələsində olan 53 şəxs barəsində Amnistiya aktı tətbiq edilib - RƏSMİ

6 Dek, 2021
17:52
1325

İstintaq mərhələsində olan 53 şəxs barəsində Amnistiya aktı tətbiq edilib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amnistiya aktı həm cinayət törətmiş, həm də məhkum olunmuş şəxslər barəsində tətbiq edilib. Bu günə qədər tətbiq edilən Amnistiya aktının 85 faizi sırf məhkum edilmiş şəxslərə aid olub.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021- ci il noyabrın 5-də “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib. 

O bildirib ki, bir ay ərzində Amnistiya aktı ilə bağlı prokurorluq orqanları tərəfindən 53 şəxs barəsində sırf istintaq mərhələsində Amnistiya aktı tətbiq edilib:

“Qələbə günü münasibətilə qəbul edilən Amnistiya aktı müstəqillik elan olunduqdan bu günə qədər 13-cü amnistiyadır. Belə ki, daxili işlər orqanları tərəfindən 204, ədliyyə orqanları tərəfindən 3, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 1 nəfər barəsində istintaq mərhələsində Amnistiya aktı tətbiq edilib.

Eləcə də mülki istintaq və təhqiqat orqanları tərəfindən 260, hərbi istintaq və təhqiqat orqanları tərəfindən 27, Mülki Cəzaçəkmə Müəssisələri tərəfindən 1921, İntizam xarakterli HH tərəfindən 3, Probasiya Xidməti tərəfindən isə 1351 nəfərə istintaq mərhələsində Amnistiya aktı tətbiq edilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri