Dek
2021
18:09
18
125
1797
Virtual karabakh

Amnistiya aktının tətbiq edildiyi qadınların sayı açıqlanıb

6 Dek, 2021
18:09
1797

Amnistiya aktının tətbiq edildiyi qadınların sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günə qədər amnistiya aktlarının çoxu müxtəlif rejimli cəzaçəkmə müəssisələri və ya məntəqə tipli cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilib.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib. 

Bir ay ərzində qeydə alınan məlumatlar barədə danışan E.Musayev onu da əlavə edib ki, bu günə qədər amnistiya aktının icrasında məhkələrin payı 11 faiz təşkil edir:

“Növbəti aylarda biz bu rəqəmlərin kifayət qədər artacağını gözləyirik. Bu günə qədər Şəki Rayon Məhkəməsində 36, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində 34, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində 30, Balakən Rayon Məhkəməsində 28, Abşeron Rayon Məhkəməsində 27 nəfər barəsində amnistiya aktı tətbiq edilir.

Amnistiya aktı tətbiq edilənlərin 3448 (94%) nəfəri kişilər, 228 (6%) nəfəri isə qadınlardır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri