Dek
2021
20:40
210
12
2095
Virtual karabakh

“VMedia” “YouTube” kanalı: “Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasından niyə qorxur?” - VİDEO

6 Dek, 2021
20:40
2095

“VMedia” “YouTube” kanalı: “Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasından niyə qorxur?” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

VMedia YouTube kanalında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin Ermənistanda niyə çaxnaşma yaratdığına və Ermənistanın baş naziri Nikol Paşinyanın Sovet dövründəki sərhədlərin “millimetrədək dəqiqliklə” haradan keçdiyini heç bir vəchlə göstərə bilməyəcəyinə aydınlıq gətirən yeni video yerləşdirilib. Xatırladaq ki, noyabrın 23-də Paşinyan Facebook-da birbaşa efir zamanı bu barədə bəyan edib.

“Report"un xəbərinə görə, “Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasından niyə qorxur?” adlı yeni filmdə qeyd olunur ki, Sovet dövründə müttəfiq respublikaların sərhədləri yerlərdə göstərilməyib və Ermənistan bundan sui-istifadə edərək məqsədyönlü şəkildə kəndlərini, əkin və otlaqlarını Azərbaycan ərazisinə tərəf "irəli çəkib".

“Sovet dövründə bu cür hallar Qazaxdan tutmuş Zəngilanadək bütün sərhəd boyu baş verib. Bu proses son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması fonunda daha da sürətlənib. Və indi, delimitasiya prosesi start götürərkən, qanunsuz əldə etdikləri bütün əraziləri Azərbaycana geri qaytarmalı olacaqlar! (...) Cənubi Qafqazda ərazilərin hədiyyə verildiyi dövr həmişəlik bitdi”, - filmdə deyilir.

Xatırladaq ki, VMedia YouTube kanalı layihəsi Ermənistan ictimaiyyətinə informasiya və maarifləndirilmə dəstəyi çərçivəsində fəaliyyət göstərir. Burada erməni təbliğatından ən çox erməni xalqının zərər çəkdiyi, həqiqətin onlardan daim gizlədildiyi ortaya çıxarılır. Yeni çarxda məhz bu cür gizlədilən faktlar barədə söz açılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri