Dek
2021
11:58
9
175
866
Virtual karabakh

Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib - RƏSMİ

7 Dek, 2021
11:58
866

Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib.

Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib. 

“Onlar arasında ölüm hadisəsi qeydə alınmayıb. Müraciət edənlərin hər biri həkimlərin səyi nəticəsində sağalaraq, evə buraxılıb. Havaların soyuması ilə əlaqədar son zamanlar dəm qazından zəhərlənmə halları çoxalıb və bu səbəbdən də əhalini ehtiyatlı olmağa çağırırıq. 

Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s. 

Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır”, - deyə məlumatda qeyd edilib. 

Qurumdan bildirilib ki, bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri