Dek
2021
12:14
10
107
1504
Virtual karabakh

Qripə qarşı peyvənd nə zaman vurulmalıdır?

7 Dek, 2021
12:14
1504

Qripə qarşı peyvənd nə zaman vurulmalıdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev qrip ilə bağlı ən çox verilən sualları cavablandırıb.

Qrip peyvəndinin nə vaxt vurulmalı olduğuna dair sualları cavablandıran həkim bildirilib ki, qrip hər il oktyabr ayından başlayaraq dekabr ayına qədər artır, aprel-may ayları da daxil olmaqla müşahidə edilir:

“Bu səbəblə qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır. Ancaq risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər”.

Həkim peyvəndin qripin qarşısını almaqda nə qədər təsirli olması məsələsinə də aydınlıq gətirib: 

“Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70 %-dən çox hallarda qoruyur və risk qrupuna aid insanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını alır. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri