Dek
2021
13:28
49
171
3426
Virtual karabakh

Turizm obeyktləri və hotellər qiymətlərdə endirim edib - AÇIQLAMA

7 Dek, 2021
13:28
3426

Turizm obeyktləri və hotellər qiymətlərdə endirim edib - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda turizm obyektlərində pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər mövcuddur, lakin bu məhdudiyyətlər çərçivəsində şirkətlər, hotellər və s. tərəfindən müəyyən xidmətlər təklif edilir”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, qış mövsümü üzrə bayram ərəfəsində Azərbaycanın dörd turizm dəhlizi üzrə səyahətlər olacaq və növbəti dövr üçün endirim kampaniyaları mövcuddur:

“Endirimlər müxtəlifdir. Təbii ki, qiymətlər nə qədər aşağı olsa, bir o qədər də yaxşıdır. Lakin nəzərə almaq lazımdır ki, aşağı qiymət bəzən keyfiyyətə də təsir göstərir. Müşahidələrimiz nəticəsində ötən illə müqayisədə qiymətlərdə endirim olduğunu görürük. Rəqabətin və təkliflərin artmasının, qiymətlərin daha da aşağı düşməsinin tərəfdarıyıq. Bununla bağlı dövlət tərəfindən müəyyən addımlar da atılır”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri