Dek
2021
18:28
74
52
1030
Virtual karabakh

Qəbələdə qaydaları heçə sayanlar CƏZALANDIRILDI - FOTO

7 Dek, 2021
18:28
1030

Qəbələdə qaydaları heçə sayanlar CƏZALANDIRILDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan restoranın icarədarı və toy sahibi cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Shooting club” restoranında təşkil edilən mərasimin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də on nəfər qonağın COVID-19 pasportu olmadığı aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin icarədarı Ram Salamov inzibati məsuliyyətə cəlb edilib.

Digər karantin rejiminin tələblərinin pozulduğu toy mərasimi isə Yemişənli kəndində qeydə alınıb.

Ramin Rəfiyevə məxsus evin həyətyanı sahəsində keçirilən məclisdə iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığından toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri